Qaydar Abdikerimov, "Transxəzər beynəlxalq nəqliyyat marşrutu" Beynəlxalq Assosiasiyasının baş katibi
Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) əsas ölkələrindən biridir və bu dəhliz Azərbaycan olmadan mövcud ola bilməz.
Nəqliyyat-logistika xidmətləri bazarının iştirakçılarının TBNM-nin fəaliyyəti ilə bağlı fikirləri bizim üçün vacibdir və iyunun 2-də Bakıda keçirilən birinci Xəzər nəqliyyat-logistika forumu çox faydalıdır.
Belə beynəlxalq forum daha tez-tez və müntəzəm olaraq keçirilməlidir.
Bakıdakı görüşün formatı təcrübəli mütəxəssislərə və gənc kadrlara, məmurlara və özəl sektor nümayəndələrinə fikir bildirməyə imkan verdi.
Azərbaycan Prezidentinin TBNM-nin inkişafının vacibliyini başa düşməsi, bu layihəyə böyük diqqət yetirməsi və tələb olunan tədbirlərin həyata keçirilməsi ilə bağlı hökumətə müvafiq göstərişlər verməsi də böyük əhəmiyyət kəsb edir.
TBNM-nin səmərəli işləməsi üçün bütün lazımi məsələləri addım-addım həll edirik, lakin proses sürətləndirilməlidir.
İnfrastrukturun (limanlar, dəmir yolu) inkişafı, Xəzərin suyunun azalması, dəmir yolu nəqliyyatı vasitələri, rəqəmsallaşma, informasiya sistemlərinin inteqrasiyası, hüquqi aspektlər ilə bağlı məsələlər var.
Canlı görüşlər aktual problemlərin həllində irəliləyiş əldə etməyə kömək edir və TBNM layihəsi çox fəal inkişaf edir.