Beynəlxalq Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Komitəsinin rəhbəri Miroslav Antonoviç:
Bakıya ilk dəfədir ki, gəlirəm və birinci Xəzər nəqliyyat və logistika forumunun işində iştirak etməkdən çox şadam. Bu tədbir və bütün Bakı enerji həftəsi çərçivəsində Azərbaycanın infrastrukturunun nə qədər sürətlə inkişaf etdiyinə əmin olmaq mümkündür, axı bu, logistika təchizat zəncirlərinin formalaşması üçün çox vacibdir.
Azərbaycan Böyük İpək Yolu, Orta dəhliz marşrutu üzrə tranzitin mühüm hissəsidir və bu, yeni geosiyasi vəziyyətlə bağlı mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan dünyanın 30 dövlətini birləşdirən təşkilatımız çərçivəsində fəal işləyir. Burada Şərq-Qərb və Şimal-Cənub istiqamətində 13 ticarət və nəqliyyat dəhlizi fəaliyyət göstərir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun logistika mərkəzidir. Əminəm ki, gələcəkdə regionda daşımaların həcmi artacaq və biz bu gözləntilərlə bağlı bütün problemlərin mütərəqqi həlli üzərində birgə işləyirik.