Mixail Boyko, “Sinara nəqliyyat maşınları” SC-nin baş direktor müavini (Rusiya)
Birinci Xəzər Nəqliyyat və Logistika Forumunu keçirmək çox gözəl ideyadır. Bu, regional nəqliyyat şirkətləri ilə görüşlər keçirmək, lokomotiv parkının, infrastruktur texnikasının yenilənməsi və infrastruktur işlərin aparılması sahəsində əməkdaşlıq etmək üçün ümidverici perspektivlərin müəyyənləşdirilməsinə yaradılmış əla fürsətdir. Forumun təşkilatçılarına bizi dəvət etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk. Tədbirdə iştirakdav və regionda fəaliyyət göstərməkdən böyük faydalar görürük.
Bakıdakı özəl şirkətlərlə işgüzar görüşlər keçirdik. Ənənəvi olaraq Azərbaycan dəmiryol texnikasının (yük vaqonları, yol təmir maşınları, lokomotivlər) böyük istehlakçısıdır. Ölkənin bu maşınlar olan parkını yeniləmək və genişləndirmək lazımdır. Şirkətimiz bu prosesdə iştirak etmək istəyir. Holdinqimiz ən böyük maşınqayırma şirkətlərindən biridir, onun məhsullarına dünyada böyük tələbat var.