Əminəm ki, bu cür forumlar daimi olacaq

Əminəm ki, bu cür forumlar daimi olacaq

3 i̇yun 2023 0000

Turqut Erkeskin, Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyasının (FIATA) baş vitse-prezidenti

Mən Bakıda keçirilən birinci Xəzər nəqliyyat-logistika forumunda iştirakdan məmnunam.

Forumun bütün məruzəçiləri yüksək səviyyəli peşəkarlar idi, yüklərin çatdırılmasının səmərəliliyinin, Bakıdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin potensialının artırılması və s. kimi mühüm və maraqlı mövzular müzakirə olundu.

Azərbaycanın regionda rolu vacibdir və yüklərin Xəzər vasitəsilə, xüsusən də Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə daşınmasını artırmaq lazımdır. Əminəm ki, bu marşrutun parlaq gələcəyi var. Azərbaycan hökuməti nəqliyyat-logistika sektorunu fəal şəkildə inkişaf etdirir, limanların, dəmir yolunun, xidmət strukturlarının imkanlarını genişləndirir.

Hazırda dünyada logistika və təchizat zənciri geosiyasi səbəblərdən dəyişikliklərə məruz qalır.

Eyni zamanda dekarbonizasiya üçün yeni ekoloji tələblər, rəqəmsallaşmada yeniliklər də nəzərə alınmalıdır.

Təşkilatımız bu regionun necə inkişaf etməsi ilə çox maraqlanır.

Əminəm ki, bu cür forumlar davam etdiriləcək və daimi olacaq, çünki ticarətin inkişafı və Qərblə Şərq arasında yüklərin daşınması məsələləri həmişə aktualdır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN