Aset Asavbayev, TRASEKA-nın Baş Katibi (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi).
Bakıda təşkil edilmiş Birinci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu çox müasir şəkildə keçirilir. Yük axının ənənəvi marşrutlardan çıxarılaraq Xəzər dənizindən keçən marşruta salınmasının həyata keçirildiyini nəzərə alsaq, Azərbaycanın müasir geosiyasi şəraitdə rolu əhəmiyyətli dərəcədə artırmışdır.
Buna Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə, həmçinin yeni rəqabətədavamlı marşrutlara olan tələbat da əhəmiyyətli dərəcədə təsir göstərir.
Azərbaycan da daxil olmaqla TRASEKA ölkələri yüklərin tranziti üçün cəlbedici şərait yaradırlar.
Bakıdakı müzakirələrin vacib mövzularından biri müxtəlif nəqliyyat növləri vasitəsilə həyata keçirilən multimodal daşımaların effektivliyinin artırılması oldu. Bu məsələnin həlli üçün böyük uzlaşma, qanun və standartların uyğunlaşdırılması tələb olunur. Bakı forumu bütün bu vacib məsələlərin müzakirə edilməsi üçün çox gözəl müstəvidir.
TRASEKA bu il 30 illiyini qeyd edir. Bu dəhlizin yaradılmasında Azərbaycanın oynadığı vacib rolu mütləq qeyd etmək lazımdır.
Azərbaycan Qarabağdan keçən yeni nəqliyyat dəhlizinin inkişafında maraqlıdır, və biz bunu dəstəkləyirik!